Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik

18 iyul 2020 | 16:00

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər kabinetinin  2020-ci ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunan  iclası keçirilib. Cənab Prezident iclasda nitq söyləyib. Ermənistan-Azərbaycan  dövlət  sərhəddinin Tovuz rayonu istiqamətində  baş  vermiş hadisələr haqqında ictimaiyyətə geniş məlumat  vermişdir. Qeyd etmişdirki, iyulun 12-də Erməni silahlı qüvvələri Azərbaycan  mövqelərinə  artılleriya ilə zərbə  endirmişdir və bu zərbə nəticəsində bizim hərbçilərimiz şəhid olmuşlar. Lakin görülmüş  operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı və əminəmki bu, onlara yaxşı dərs oldu. Lakin ermənilər növbəti dəfə təxribat törətdilər və nəticədə yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid olmuşlar. Cənab Prezident  bildirmişdir ki, “Onun  anası ilə telefonla danışdım, baş sağlığı verdim, Allahdan səbr dilədim. Əmin etdim ki, oğlunun qanı yerdə qalmayıb.
           Prezident çıxışında diplomatik fəaliyyətimizin zəif olmasından danışdı. Bunun da səbəbkarı XİN-nin düzgün işləməməsidir. Odur ki, İlham Əliyev cənabları  iyulun 16-da Ceyhun Bayramovu  Xarici İşlər Naziri vəzifəsinə  təyin etmişdir. Biz inanırıq ki, məhz bu addım bir ölkə kimi diplomatik fəaliyyətimizə tez bir zamanda öz töhvəsini verəcəkdir.
           Biz bu günlərdə də Türkiyədən qardaşlıq və dostluq münasibətini gördük. Türkiyə prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, 100 il öncə Ənvər Paşanın  göndərdiyi Qafqaz İslam ordusunun və onun komutanı Nuri Paşanın elədiyini biz bu gün davam etdirəcəyik.
           Biz inanırıq ki, Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezidentimizin daxili və xarici siyasətini bəyənir və dəstəkləyir.


                                                                                                                                              Rufiyə Bayramova
                                                                                                                              Xocalı rayon  Cəmilli kənd tam orta məktəbinin müəllimi

Keçidlər