Xocalı soyqırımı
Şəhidlər
Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Xocalı - əsas hədəf
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
Faciənin xronikası
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:
Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.
Hücumun gedişatı
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.
Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün azad dəhliz
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin müqəddəratı
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.
Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti
Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.
Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.
Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir.
Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.
Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.
366-cı alay
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
Tarix unutmayacaqdır
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.
XOCALI SOYQIRIMI ZAMANI ŞƏHİD OLANLARIN
SİYAHISI
S/s | Soyadı, adı, atasının adı | Doğum tarixi |
1. | Abbasov Vahid Muxtar oğlu | 1972 |
2. | Abbasov Vəliyəddin Umudvar oğlu | 1963 |
3. | Abbasov Eyvaz Kamran oğlu | 1983 |
4. | Abbasov Elxan Kamran oğlu | 1970 |
5. | Abbasov Knyaz Əliqulu oğlu | 1963 |
6. | Abbasov Mütəllib Əli oğlu | 1972 |
7. | Abbasov Savalan İsmayıl oğlu | 1909 |
8. | Abbasov Taleh Umudvar oğlu | 1961 |
9. | Abbasova Suqra Əliş qızı | 1917 |
10. | Abbasova Həmayıl Canış qızı | 1940 |
11. | Abbasova Əntiqə Heydər qızı | 1935 |
12. | Abdinov Samir Əmir oğlu | 1973 |
13. | Abdullayev İlham Bayram oğlu | 1973 |
14. | Abdullayev Yalçın Müzəffər oğlu | 1970 |
15. | Abdullayev Yusif Qoca oğlu | 1932 |
16. | Abdullayev Mahir Tanrıverdi oğlu | 1971 |
17. | Abdullayev Mahir Şahmar oğlu | 1971 |
18. | Abdullayev Müsaməddin Yaqub oğlu | 1961 |
19. | Abdullayev Rafiq İngilis oğlu | 1969 |
20. | Abdullayev Sərvan Şahmar oğlu | 1979 |
21. | Abdullayev Ələddin Salman oğlu | 1952 |
22. | Abdullayeva Maya Saleh qızı | 1908 |
23. | Abdullayeva Maya Sərhad qızı | 1986 |
24. | Abışov Eyvaz Talıb oğlu | 1950 |
25. | Abışov Elşad Qiyas oğlu | 1967 |
26. | Abışov Etibar Mövsüm oğlu | 1965 |
27. | Abışov Mobil Mövsüm oğlu | 1968 |
28. | Abışov Səadət Niyaz oğlu | 1967 |
29. | Abışov Çingiz Nazim oğlu | 1985 |
30. | Abışov Habil Mövsüm oğlu | 1966 |
31. | Abışov Əli Əbdül oğlu | 1926 |
32. | Abışova Minarə Rəhim qızı | 1910 |
33. | Abışova Mədinə Bədirxan qızı | 1908 |
34. | Abışova Məryəm Məşədi qızı | 1932 |
35. | Abışova Məruzə Məhəmməd qızı | 1930 |
36. | Abışova Məhbubə Qurban qızı | 1960 |
37. | Abışova Çinarə Nazim qızı | 1982 |
38. | Abışova Gülzar Gülalı qızı | 1964 |
39. | Azadov İlham Əyyub oğlu | 1962 |
40. | Allahverdiyev Bəhram Mumuş oğlu | 1975 |
41. | Allahverdiyev Bəhram Hidayət oğlu | 1976 |
42. | Allahverdiyev Vidadi Müsül oğlu | 1977 |
43. | Allahverdiyev Zabil Əkbər oğlu | 1967 |
44. | Allahverdiyev Ziyadxan Salah oğlu | 1957 |
45. | Allahverdiyev İlham Baxşeyiş oğlu | 1963 |
46. | Allahverdiyev Mahir Novruz oğlu | 1975 |
47. | Allahverdiyev Mumuş Bəhram oğlu | 1923 |
48. | Allahverdiyev Novruz Salah oğlu | 1947 |
49. | Allahverdiyev Salah İmamqulu oğlu | 1918 |
50. | Allahverdiyev Hidayət Bəhram oğlu | 1936 |
51. | Allahverdiyeva Validə Astan qızı | 1963 |
52. | Allahverdiyeva İradə Astan qızı | 1965 |
53. | Allahverdiyeva Kifayət Hüseynalı qızı | 1942 |
54. | Allahverdiyeva Ayşən Murad qızı | 1991 |
55. | Allahverdiyeva Teybə Nəbi qızı | 1933 |
56. | Allahyarov Etibar Baloğlan oğlu | 1968 |
57. | Allahyarova Qəmzə Qaraş qızı | 1940 |
58. | Allahyarova Şəfiqə Zeynal qızı | 1969 |
59. | Alıyev Möhü Məhəmməd oğlu | 1928 |
60. | Alışanov Əliqulu Tohid oğlu | 1972 |
61. | Alışov Kazım Şura oğlu | 1960 |
62. | Aslanov Qulu Bəhram oğlu | 1927 |
63. | Aslanov Qəzənfər Qurban oğlu | 1937 |
64. | Aslanov İqbal Qulu oğlu | 1970 |
65. | Aslanov Xəqani Kazım oğlu | 1955 |
66. | Aslanova Elnarə Tofiq qızı | 1978 |
67. | Aslanova Gülsabah Qəyyum qızı | 1972 |
68. | Atakişiyev Eldəniz Qaçay oğlu | 1959 |
69. | Atakişiyev Fərhad Rəhman oğlu | 1970 |
70. | Ağayarov Nəbi İsak oğlu | 1981 |
71. | Ağayarov Roman İsak oğlu | 1986 |
72. | Ağayarova Züleyxa Yunis qızı | 1965 |
73. | Ağayarova Sevinc İsak qızı | 1985 |
74. | Ağayev Adil Akif oğlu | 1969 |
75. | Ağayev Allahverdi Səttar oğlu | 1982 |
76. | Ağayev Vidadi Sədcat oğlu | 1960 |
77. | Ağayev Elçin Vaqif oğlu | 1965 |
78. | Ağayev Elşən Şükür oğlu | 1965 |
79. | Ağayev Zahid Səttar oğlu | 1963 |
80. | Ağayev Mübariz Ərşad oğlu | 1970 |
81. | Ağayev Rasim Mirsalam oğlu | 1967 |
82. | Ağayev Rövşən Məmməd oğlu | 1966 |
83. | Ağayev Saleh Quba oğlu | 1956 |
84. | Ağalarov Sadiq Şirxan oğlu | 1932 |
85. | Ağalarova Güllü Surxay qızı | 1934 |
86. | Babayev Bakir Bəbir oğlu | 1965 |
87. | Babayev Bəbir Əsgər oğlu | 1942 |
88. | Babayev Qədir Əsgər oğlu | 1935 |
89. | Babayev Ramiz Şəfa oğlu | 1970 |
90. | Babayev Telman Alı oğlu | 1949 |
91. | Babayeva Qəribə Muxtar qızı | 1938 |
92. | Babayeva Fənar Fərman qızı | 1943 |
93. | Bayramov Zahid Tapdıq oğlu | 1964 |
94. | Bayramov Məzahir Oruc oğlu | 1963 |
95. | Bayramov Rövşən Tapdıq oğlu | 1969 |
96. | Bayramov Tahir Rafiq oğlu | 1973 |
97. | Bayramov Habil Nağı oğlu | 1968 |
98. | Bayramov Cəllad Səməd oğlu | 1948 |
99. | Bayramova Nətavan Pənah qızı | 1988 |
100. | Bağırov Bəhmən Yaqub oğlu | 1966 |
101. | Bağırov Elşən Həsən oğlu | 1965 |
102. | Bağırova Zəhra Sarı qızı | 1930 |
103. | Bağırova Nailə Həsən qızı | 1956 |
104. | Behbudov Abbas Behbud oğlu | 1973 |
105. | Behbudov Adil Behbud oğlu | 1956 |
106. | Behbudov Vaqif Yusif oğlu | 1963 |
107. | Behbudova Sürəyya İbrahim qızı | 1930 |
108. | Behbudova Gülbahar Yusif qızı | 1968 |
109. | Behbudova Gülnaz Yusif qızı | 1962 |
110. | Bidzinov Zeynali Məmməd oğlu | 1958 |
111. | Bidzinov Maqsud Alı oğlu | 1958 |
112. | Bilalov Namiq Məhəmməd oğlu | 1961 |
113. | Binnətov Rövşən Cəlil oğlu | 1975 |
114. | Binəliyev Cabbar Gülalı oğlu | 1969 |
115. | Binəliyev Əlişir Gülalı oğlu | 1967 |
116. | Budko Dmitri Nikolayeviç | 1930 |
117. | Bəbirov Tofiq Niftalı oğlu | 1966 |
118. | Bədişov Əli Rəis oğlu | 1968 |
119. | Bəylərov Bəylər Novruz oğlu | 1954 |
120. | Bəxtiyarov Kamil Murtuza oğlu | 1973 |
121. | Bəşirov Fəxrəddin Çərkəz oğlu | 1966 |
122. | Bəşirov Ceyhun Bəşir oğlu | 1967 |
123. | Bəhmənov Akif Vaqif oğlu | 1974 |
124. | Bəhmənova Dilarə Məhərrəm qızı | 1950 |
125. | Vəliyev Ağasəf Zakir oğlu | 1986 |
126. | Vəliyev Firdovsi Fazil oğlu | 1966 |
127. | Vəliyev Əli İman oğlu | 1962 |
128. | Vəliyeva Nazilə Kamil qızı | 1966 |
129. | Vəliyeva Güldanə Zakir qızı | 1989 |
130. | Qarayev Asif Qarakişi oğlu | 1953 |
131. | Qarayev Saleh Asif oğlu | 1982 |
132. | Qarayev Usubəli Süleyman oğlu | 1961 |
133. | Qasımov Ağa Bayram oğlu | 1930 |
134. | Qasımov Yaşar Qaytaran oğlu | 1964 |
135. | Qasımov Ənvər Bahadur oğlu | 1925 |
136. | Qasımova Nərminə Nizami qızı | 1984 |
137. | Qasımova Rəsmiyyə Ağa qızı | 1960 |
138. | Qocayev Güman Əvəz oğlu | 1941 |
139. | Quliyev Aqil Sahib oğlu | 1963 |
140. | Quliyev Vüqar Zahid oğlu | 1975 |
141. | Quliyev Qənimət Əli oğlu | 1936 |
142. | Quliyev Elçin Balaxan oğlu | 1965 |
143. | Quliyev Zakir Lətif oğlu | 1965 |
144. | Quliyev Zəkara Qəmış oğlu | 1932 |
145. | Quliyev İslam İdris oğlu | 1957 |
146. | Quliyev İsmayıl Qənimət oğlu | 1969 |
147. | Quliyev Mikayıl Zahid oğlu | 1967 |
148. | Quliyev Mətləb Qənimət oğlu | 1963 |
149. | Quliyev Natiq Vəliyəddin oğlu | 1972 |
150. | Quliyev Samir Taleh oğlu | 1990 |
151. | Quliyev Taleh Zəkara oğlu | 1967 |
152. | Quliyev Tahir Soltan oğlu | 1956 |
153. | Quliyev Fərhad Səfər oğlu | 1970 |
154. | Quliyev Şahbaz Mürsəl oğlu | 1924 |
155. | Quliyev Şükür Bərxudar oğlu | 1949 |
156. | Quliyev Şükür Qaryağdı oğlu | 1985 |
157. | Quliyev Şəmsi Əjdər oğlu | 1970 |
158. | Quliyev Əkbər Zəkara oğlu | 1962 |
159. | Quliyeva Zöhrə Lətif qızı | 1968 |
160. | Quliyeva Məxmər Xanlar qızı | 1930 |
161. | Quliyeva Nuranə Qaryağdı qızı | 1983 |
162. | Quliyeva Rəvanə Qaryağdı qızı | 1979 |
163. | Quliyeva Sara Hüseyin qızı | 1955 |
164. | Quliyeva Sevinc Əkbər qızı | 1985 |
165. | Quliyeva Urba Hacı qızı | 1936 |
166. | Quliyeva Şura Şamil qızı | 1936 |
167. | Qənbərov Qarsalan Gəray oğlu | 1939 |
168. | Qənbərov Emin Səfər oğlu | 1986 |
169. | Qənbərov Nadir Qarsalan oğlu | 1971 |
170. | Qənbərov Səfər Qarsalan oğlu | 1961 |
171. | Qənbərova Validə Boran qızı | 1941 |
172. | Qənbərova Esmira Səfər qızı | 1985 |
173. | Qənbərova Mətanət Hacı qızı | 1967 |
174. | Qəhrəmanov Polad | |
175. | Dadaşov Mübariz Dadaş oğlu | 1968 |
176. | Dünyamalıyev Adil Xanəli oğlu | 1965 |
177. | Dünyamalıyev Zamin Əsgər oğlu | 1951 |
178. | Dünyamalıyev İsmayıl Dünyamalı oğlu | 1953 |
179. | Dünyamalıyev Sabir Xanəli oğlu | 1956 |
180. | Edilov Elşən Baxşəli oğlu | 1964 |
181. | Eyvazov Hidayət Əli oğlu | 1964 |
182. | Zamanov Novruz Qulu oğlu | 1936 |
183. | Zeynalov Eldar Aslan oğlu | 1963 |
184. | Zeynalov Məmməd Mikayıl oğlu | 1948 |
185. | Zeynalov Məcnun Zaman oğlu | 1969 |
186. | Zeynalov Nadir Aslan oğlu | 1968 |
187. | Zeynalov Osman Bahadur oğlu | 1959 |
188. | Zeynalov Tahir Bahadur oğlu | 1963 |
189. | Zeynalov Tofiq Aslan oğlu | 1959 |
190. | Zeynalova Aynurə Tofiq qızı | 1986 |
191. | Zeynalova Nazilə İbrahim qızı | 1957 |
192. | Zeynalova Leyla Eldar qızı | 1987 |
193. | İbadullayev Nadir Nəbi oğlu | 1967 |
194. | İbrahimli Xəqani | |
195. | İbrahimov Əlixan Xəlil oğlu | 1955 |
196. | İbrahimova Fatma Mədəd qızı | 1959 |
197. | İlyasov Məhəmməd İlyas oğlu | 1940 |
198. | İlyasov Əhməd Məhəmməd oğlu | 1968 |
199. | İmani Ağababa Əliqulu oğlu | 1910 |
200. | İmani Ağayar Salman oğlu | 1929 |
201. | İmani Malik Ağayar oğlu | 1950 |
202. | İsmayılov Bəhram Mətləb oğlu | 1967 |
203. | İsmayılov Vidadi Lətif oğlu | 1951 |
204. | İsmayılov Elyas Bayram oğlu | 1938 |
205. | İsmayılov İbiş Kərim oğlu | 1938 |
206. | İsmayılov İnqilab Ələkbər oğlu | 1962 |
207. | İsmayılov İsmayıl Lətif oğlu | 1957 |
208. | İsmayılov İsmayıl Bəhmən oğlu | 1955 |
209. | İsmayılova Mənzər Məşdi qızı | 1908 |
210. | İsmayılov Nadir Hüseyin oğlu | 1966 |
211. | İsmayılova Şövkət Oruc qızı | 1940 |
212. | İsmayılova Nərgiz Hüseyn qızı | 1978 |
213. | İsfəndiyarov Eldar Hümbət oğlu | 1972 |
214. | Yusifov Elzamin Yusif oğlu | 1972 |
215. | Yusifov Həmid Məhəddin oğlu | 1962 |
216. | Kazımov Asif Kazım oğlu | 1967 |
217. | Kazımov Xəlil Mahmud oğlu | 1938 |
218. | Kupriyev Səyid Roman oğlu | 1986 |
219. | Kərimov İntiqam Şahmalı oğlu | 1960 |
220. | Kərimov Yalçın Asif oğlu | 1950 |
221. | Kərimov Rəşid Rəhim oğlu | 1922 |
222. | Kərimov Samran Soltan oğlu | 1924 |
223. | Kərimov Sultan Samran oğlu | 1969 |
224. | Kərimov Frunz Samran oğlu | 1960 |
225. | Kərimova Firəngiz Mütəllim qızı | 1934 |
226. | Kərimova Firəngül Məmməd qızı | 1934 |
227. | Mahmudov Əhliman Behbud oğlu | 1941 |
228. | Mahmudova Roza Səfər qızı | 1930 |
229. | Mehdiyev İlham İmdad oğlu | 1967 |
230. | Mehdiyev Murad Şafa oğlu | 1964 |
231. | Mehdiyev Fikrət Burzu oğlu | 1968 |
232. | Mehdiyev Şafa Baba oğlu | 1941 |
233. | Mehdiyeva Aysel Murad qızı | 1987 |
234. | Mehdiyeva Gülmirə Murad qızı | 1989 |
235. | Mehralıyev Əli Mürsəl oğlu | 1964 |
236 | Mehralıyeva Gülüzar Gülalı qızı | 1970 |
237. | Mehrəliyev Orxan Əli oğlu | 1971 |
238. | Mehrəliyev Əli Şükür oğlu | 1964 |
239. | Mehbalıyev Əli Fərəc oğlu | 1944 |
240. | Mikayılov Aqil Vəlikişi oğlu | 1969 |
241. | Mirzəyev Kamal Abbas oğlu | 1962 |
242. | Muradov Elşən Kazım oğlu | 1971 |
243. | Muradov Zahid Lətif oğlu | 1965 |
244. | Muradov Paşa Əsgər oğlu | 1939 |
245. | Muradov Gündüz Kazım oğlu | 1961 |
246. | Muradova Ayşən Zöhrab qızı | 1991 |
247. | Muradova Nurudə Kazım qızı | 1931 |
248. | Musayev İlqar Vaqif oğlu | 1963 |
249. | Mustafayev Vidadi Şəfa oğlu | 1967 |
250. | Mustafayev Rza Bəşir oğlu | 1948 |
251. | Mustafayev Yaxşı Mehdiqulu qızı | 1900 |
252. | Məmişov Talış Hüseyn oğlu | 1921 |
253. | Məmişov Şahin Talış oğlu | 1959 |
254. | Məmmədov Möhlət Məmməd oğlu | 1976 |
255. | Məmmədov Azər Vaqif oğlu | 1972 |
256. | Məmmədov Aydın Qurban oğlu | 1964 |
257. | Məmmədov Allahverdi | 1963 |
258. | Məmmədov Arif İbad oğlu | 1956 |
259. | Məmmədov Bəylər Xanlar oğlu | 1960 |
260. | Məmmədov Vaqif Şükür oğlu | 1940 |
261. | Məmmədov Vaqif Şəmil oğlu | 1951 |
262. | Məmmədov Vaqif Salman oğlu | 1965 |
263. | Məmmədov Zakir Qasım oğlu | 1966 |
264. | Məmmədov Zahir Ramiz oğlu | 1975 |
265. | Məmmədov Yaşa Yusif oğlu | 1956 |
266. | Məmmədov Kamil Əmir oğlu | 1958 |
267. | Məmmədov Məmməd Qədir oğlu | 1935 |
268. | Məmmədov Məmməd Rəhim oğlu | 1935 |
269. | Məmmədov Niyaməddin Vaqif oğlu | 1978 |
270. | Məmmədov Nurəddin Vaqif oğlu | 1958 |
271. | Məmmədov Oqtay Şükür oğlu | 1978 |
272. | Məmmədov Razmik Suren oğlu | 1965 |
273. | Məmmədov Ramil Cəlal oğlu | 1948 |
274. | Məmmədov Rasif Salman oğlu | 1967 |
275. | Məmmədov Saday Süleyman oğlu | 1936 |
276. | Məmmədov Sadiq Allahverdi oğlu | 1986 |
277. | Məmmədov Söhbət Məmməd oğlu | 1976 |
278. | Məmmədov Sərvər Yelmar oğlu | 1970 |
279. | Məmmədov Səfəralı Mehdi oğlu | 1918 |
280. | Məmmədov Talış İmran oğlu | 1934 |
281. | Məmmədov Xosrov Bilal oğlu | 1942 |
282. | Məmmədov Şöhlət İbiş oğlu | 1975 |
283. | Məmmədov Ceyhun Vaqif oğlu | 1975 |
284. | Məmmədov Əkbər Rəhman oğlu | 1960 |
285. | Məmmədova Afilə İbrahim qızı | 1949 |
286. | Məmmədova Lətifə İbad qızı | 1958 |
287. | Məmmədova Məleykə Atəş qızı | 1933 |
288. | Məmmədova Sevil Hüseyn qızı | 1971 |
289. | Məmmədova Səltənət Zülal qızı | 1931 |
290. | Məmmədova Şövkət İbad qızı | 1964 |
291. | Məmmədova Güllü Abdal qızı | 1925 |
292. | Məhərrəmov Vaqif Cəmil oğlu | 1951 |
293. | Məhərrəmov Maqsud Heydər oğlu | 1957 |
294. | Məhərrəmov Tahir Ağarza oğlu | 1956 |
295. | Məhərrəmova Bəsirə Vəli qızı | 1956 |
296. | Məhərrəmova Nazlı Vəli qızı | 1954 |
297. | Nağıyev Yusif Şirin oğlu | 1928 |
298. | Nağıyeva Sara Ramiz qızı | 1969 |
299. | Nişanə Xocalı | 1990 |
300. | Novruzov Zakir Novruz oğlu | 1971 |
301. | Novruzov Novruz Məhərrəm oğlu | 1937 |
302. | Novruzov Əkbər Cənnət oğlu | 1956 |
303. | Novruzov Ələsgər Xanlar oğlu | 1949 |
304. | Novruzova Adilə Məhəmməd qızı | 1937 |
305. | Novruzova Günay İlqar qızı | 1990 |
306. | Novruzova Rahilə Novruz qızı | 1975 |
307. | Novruzova Rübabə Novruz qızı | 1977 |
308. | Novruzova Ülviyyə Rəhbər qızı | 1977 |
309. | Nuriyev Aydın Nəriman oğlu | 1966 |
310. | Nuriyev Hafiz Yusif oğlu | 1962 |
311. | Nurməmmədov Hüseyn Rza oğlu | 1927 |
312. | Nurməmmədova Pakizə İslam qızı | 1936 |
313. | Nəbiyev Məhiyəddin Həsən oğlu | 1952 |
314. | Nəbiyev Həsən Qaraş oğlu | 1930 |
315. | Nəbiyeva Səkinə Nabatalı qızı | 1930 |
316. | Nəzərli Hikmət Baba oğlu | 1966 |
317. | Nəsibov Ramiz Sarı oğlu | 1961 |
318. | Nəsirova Tatyana Dmitriyevna | 1952 |
319. | Nəcəfov Alov Nəsib oğlu | 1966 |
320. | Nəcəfov Şiraslan Qəmiş oğlu | 1952 |
321. | Nəcəfov Əsgər Hidayət oğlu | 1940 |
322. | Orucov Elman Ənvər oğlu | 1956 |
323. | Orucov Miryusif Kərim oğlu | 1940 |
324. | Orucov Rafiq Miryusif oğlu | 1972 |
325. | Orucov Telman Ənvər oğlu | 1957 |
326. | Orucov Fazil Ənvər oğlu | 1981 |
327. | Orucov Faiq Əli oğlu | 1970 |
328. | Orucov Cavan Canan oğlu | 1976 |
329. | Orucova İradə Əli qızı | 1964 |
330. | Orucova Məlahət Əli qızı | 1975 |
331. | Orucova Mələk Əli qızı | 1968 |
332. | Orucova Natəvan Nəbi qızı | 1989 |
333. | Orucova Tamara Yunis qızı | 1944 |
334. | Orucova Xəyalə Telman qızı | 1986 |
335. | Orucova Gözəl Heydər qızı | 1931 |
336. | Paşayev Aleksandr Tapdıq oğlu | 1932 |
337. | Paşayev Elşad Aleksandr oğlu | 1961 |
338. | Paşayev Ələddin Bəhlul oğlu | 1961 |
339. | Pəzliyev Qədim Pəzli oğlu | 1953 |
340. | Pənahov Mübariz Sabir oğlu | |
341. | Rzayev İldırım Barat oğlu | 1970 |
342. | Rzayev Tapdıq Köçəri oğlu | 1974 |
343. | Rzayev Canpolad Yaqub oğlu | 1969 |
344. | Rüstəmov Eldar Əmir oğlu | |
345. | Rüstəmov Fizuli Saleh oğlu | 1966 |
346. | Rüstəmov Həsən İsfəndiyar oğlu | 1932 |
347. | Rəşidov Adil Məmməd oğlu | 1941 |
348. | Rəşidov Nazim Adil oğlu | 1972 |
349. | Rəcəbov Cəbrayıl Mehdi oğlu | 1961 |
350. | Sadıqov Vaqif İmamverdi oğlu | 1952 |
351. | Sadıqov Əvəz Alış oğlu | 1929 |
352. | Sadıqova Qönçə Məmmədbağır qızı | 1937 |
353. | Sadıqova Çiçək Cəlil qızı | 1928 |
354. | Salahov Məhəmməd Əbdül oğlu | 1931 |
355. | Salahov Natiq Faydalı oğlu | 1961 |
356. | Salahov Şakir Şəmil oğlu | 1966 |
357. | Salahova Zəhra Əlabbas qızı | 1932 |
358. | Salahova Şəkər Saday qızı | 1963 |
359. | Salmanov Müşviq Vaqif oğlu | 1974 |
360. | Süleymanov Rəşid Surxay oğlu | 1951 |
361. | Süleymanova Nübar Lələkişi qızı | 1953 |
362. | Səlimov Araz Bahadur oğlu | 1960 |
363. | Səlimov Bahadur Mikayıl oğlu | 1928 |
364. | Səlimov Mikayıl Bahadur oğlu | 1970 |
365. | Səlimov Rəfayıl Elyas oğlu | 1970 |
366. | Səlimov Seydi Mikayıl oğlu | 1934 |
367. | Səlimov Tofiq Seydi oğlu | 1968 |
368. | Səlimov Fəxrəddin Bahadur oğlu | 1958 |
369. | Səlimov Xəzər Səyavuş oğlu | 1974 |
370. | Səlimova Adilə Allahverdi qızı | 1930 |
371. | Səlimova Tamilə Ağamalı qızı | 1936 |
372. | Səmədov Taryel Bəylər oğlu | 1964 |
373. | Səmədov Həmid Bəylər oğlu | 1958 |
374. | Səmədov Gündüz Hidayət oğlu | 1957 |
375. | Səfiyev Elxan Nəsib oğlu | 1961 |
376. | Səfiyev Sərvan Elxan oğlu | 1991 |
377. | Səfiyeva Gözəl Vəli qızı | 1923 |
378. | Səfərov Mübariz Əsəd oğlu | |
379. | Səfərov Orduxan Aydın oğlu | 1961 |
380. | Səfərov Osman Aydın oğlu | 1964 |
381. | Səfərov Şahverdi Bəhlul oğlu | 1956 |
382. | Səfərova Pəri Muxtar qızı | 1930 |
383. | Talıbov Rəhim Xudaverdi oğlu | 1908 |
384. | Usubov Elşad Kamran oğlu | 1974 |
385. | Usubov Zakir Kamran oğlu | 1965 |
386. | Usubov Səyavuş Ramiz oğlu | 1971 |
387. | Usubov Əlyar Kamran oğlu | 1967 |
388. | Usubova Şərqiyə Usub qızı | 1948 |
389. | Fəzliyev Qədim Fəzli oğlu | 1953 |
390. | Fərzəliyev Canan Binnət oğlu | 1962 |
391. | Fərmanov Mübariz İsrəfil oğlu | |
392. | Xudayarova Sürəyya Alış qızı | 1916 |
393. | Xudiyev Zahid Bəhlul oğlu | 1965 |
394. | Xəlilov Araz Xəlil oğlu | 1984 |
395. | Xəlilova Arzu Xəlil qızı | 1977 |
396. | Xəlilov Qaçay Rəhim oğlu | 1943 |
397. | Xəlilov Tahir Qaçay oğlu | 1962 |
398. | Xəlilova Zərifə Zəkara qızı | 1964 |
399. | Xəlilova Lalə Tahir qızı | 1988 |
400. | Çobanov Tapdıq Xədicə oğlu | 1949 |
401. | Çobanova Nəzakət Tapdıq qızı | 1984 |
402. | Şahverdiyev Vüqar Mamed oğlu | 1973 |
403. | Şahverənov Məhərrəm Çodar oğlu | 1930 |
404. | Şahmuradov Mübariz Alıhüseyn oğlu | 1952 |
405. | Şahmuradov Namiq Əmirxan oğlu | 1965 |
406. | Şahmuradov Natiq Əmirxan oğlu | 1965 |
407. | Şahmuradov Nemət Musa oğlu | 1962 |
408. | Şirinov Elşən Eldar oğlu | 1965 |
409. | Şirinov Elşənin 6 aylıq oğlu | 1991 |
410. | Şükürov Akif Rəsul oğlu | 1965 |
411. | Şükürov Vaqif Rəsul oğlu | 1968 |
412. | Şükürov Vəkil İspəndiyar oğlu | 1947 |
413. | Şükürov Tofiq Zakir oğlu | 1964 |
414. | Şükürova Əntiqə İspəndiyar qızı | 1934 |
415. | Haqverdiyev David Məşədi oğlu | 1951 |
416. | Haqverdiyev Maarif Yaqub oğlu | 1969 |
417. | Haqverdiyev Şahin Məşdi oğlu | 1962 |
418. | Haqverdiyeva Həvva Zeynalabdin qızı | 1927 |
419. | Hacıyev Alim Əjdər oğlu | |
420. | Hacıyev Süleyman Lətif oğlu | 1949 |
421. | Hacıyev Tahir Hacı oğlu | 1957 |
422. | Hacıyev Əlif Lətif oğlu | 1953 |
423. | Hümbətov Bəhlul Müseyib oğlu | 1937 |
424. | Hümbətov Muğan Cəlil oğlu | 1973 |
425. | Hümbətov Talış İsgəndər oğlu | 1931 |
426. | Hümbətov Hətəm Qurban oğlu | 1960 |
427. | Hümbətova Anahid Eldar qızı | 1979 |
428. | Hümbətova Sevil Cəlil qızı | 1967 |
429. | Hümbətova Simuzər Cəlil qızı | 1976 |
430. | Hümbətova Südabə Rəşid qızı | 1969 |
431. | Hümbətova Firuzə Musa qızı | 1934 |
432. | Hüseynov Allahverdi Qulu oğlu | 1904 |
433. | Hüseynov Bakir Mirsiyab oğlu | 1956 |
434. | Hüseynov Vüqar Hilai oğlu | 1971 |
435. | Hüseynov Emin Aleksandr oğlu | 1975 |
436. | Hüseynov Zöhrab Hüseyin oğlu | 1971 |
437. | Hüseynov Yaşar Mustafa oğlu | |
438. | Hüseynov Mirsiyab Həzrətqulu oğlu | 1922 |
439. | Hüseynov Mürşüd Səməd oğlu | 1934 |
440. | Hüseynov Məshər Elxan oğlu | 1991 |
441. | Hüseynov Rəşid Hüseyn oğlu | 1962 |
442. | Hüseynov Rəcəb Elxan oğlu | 1984 |
443. | Hüseynov Tofiq Mirsiyab oğlu | 1954 |
444. | Hüseynov Çingiz Mirsiyab oğlu | 1955 |
445. | Hüseynov Şakir Mustafa oğlu | 1956 |
446. | Hüseynov Hüseyin İsmayıl oğlu | 1934 |
447. | Hüseynov Hüseyn Fərəc oğlu | 1936 |
448. | Hüseynov Əziz Alış oğlu | 1956 |
449. | Hüseynova Qızbəs Mərdan qızı | 1934 |
450. | Hüseynova Zinyət Yunis qızı | 1940 |
451. | Hüseynova Maral Kamil qızı | 1985 |
452. | Hüseynova Mehriban Allahverdi qızı | 1965 |
453. | Hüseynova Minəş Cümşüd qızı | 1934 |
454. | Hüseynova Məxmər Qurban qızı | 1949 |
455. | Hüseynova Növrəstə Fərmayıl qızı | 1922 |
456. | Hüseynova Nərgiz Cəbrayıl qızı | 1971 |
457. | Hüseynova Nəsibə Hüseyn qızı | 1982 |
458. | Hüseynova Rəsmiyyə Aleksandr qızı | 1968 |
459. | Hüseynova Sara Səfər qızı | 1964 |
460. | Hüseynova Süsən Hüseyn qızı | 1971 |
461. | Hüseynova Səadət Qədim qızı | 1974 |
462. | Hüseynova Xoşbəxt Hüseyin qızı | 1963 |
463. | Hüseynova Şəbnəm Elxan qızı | 1986 |
464. | Hüseynova Ətrabə Cəbrayıl qızı | 1977 |
465. | Hüseynov Hüseyn Şükür oğlu | 1956 |
466. | Həmdiyev Osman Fərzəli oğlu | 1955 |
467. | Həmdiyeva Mehriban Rəcəb qızı | 1954 |
468. | Həmzəyev Abdulla Köşəli oğlu | 1965 |
469. | Həmzəyev Bəşir Rüstəm oğlu | 1974 |
470. | Həmidova Kifayət Çıraq qızı | 1956 |
471. | Hənifəyev Bəhman Salman oğlu | 1957 |
472. | Həsənov Vahid Möhsun oğlu | 1958 |
473. | Həsənov Elşad Qaçay oğlu | 1949 |
474. | Həsənov Elgün Nazim oğlu | 1988 |
475. | Həsənov İmran Ələkbər oğlu | 1940 |
476. | Həsənov Mehdi Ramil oğlu | 1973 |
477. | Həşimov Pərviz Varaşil oğlu | 1971 |
478. | Həsənov Ramiz Allahverdi oğlu | 1971 |
479. | Həsənov Ramil İbrahim oğlu | 1947 |
480. | Həsənov Rövşən Qaçay oğlu | 1958 |
481. | Həsənov Tabil Qasım oğlu | 1960 |
482. | Həsənov Tacir Eldar oğlu | 1990 |
483. | Həsənov Telman Yelmar oğlu | 1939 |
484. | Həsənov Tofiq Bəylər oğlu | 1970 |
485. | Həsənov Şöhrət Usub oğlu | 1944 |
486. | Həsənov Həsən İbrahim oğlu | 1933 |
487. | Həsənov Əli Mürsəl oğlu | 1936 |
488. | Həsənova Aygün Nazim qızı | 1991 |
489. | Həsənova Qətibə Mirsiyab qızı | 1951 |
490. | Həsənova Lətafət Həsən qızı | 1976 |
491. | Həsənova Məxmər Ələkbər qızı | 1942 |
492. | Həsənova Sevil Əyyub qızı | 1961 |
493. | Həsənova Tofiqə Həsən qızı | 1955 |
494. | Həsənova Fitat Əhəd qızı | 1940 |
495. | Həsənova Xəyalə Eldar qızı | 1987 |
496. | Həsənova Şövkət Şikar qızı | 1951 |
497. | Həsənova Gülçöhrə Yaqub qızı | 1968 |
498. | Həsənova Günəş Əbdül qızı | 1910 |
499. | Həsənova Göyçək Heydər qızı | 1933 |
500. | Həşimov Səlim Kərim oğlu | 1963 |
501. | Həşimova Şövkət Şükür qızı | 1943 |
502. | Cabbarov Azad Pirqulu oğlu | 1968 |
503. | Cabbarov Xıdır Sədrəddin oğlu | 1969 |
504. | Cavadov Vaqif Əliş oğlu | 1966 |
505. | Cavadov Əli Müsül oğlu | 1953 |
506. | Cavadov Əhməd Əmir oğlu | 1973 |
507. | Camalov Natiq Yunis oğlu | 1957 |
508. | Cəbrayılov Mikayıl Ə oğlu | |
509. | Cəbrayılov Cəbrayıl Nuşirəvan oğlu | 1959 |
510. | Cəbrayılova Səmayə Sarı qızı | 1950 |
511. | Cəfərov Adil Əli oğlu | 1961 |
512. | Cəfərov Müseyib Səfiyar oğlu | 1895 |
513. | Cəfərov Məhəmməd Vəlikişi oğlu | 1900 |
514. | Cəfərov Nüsrət Fazil oğlu | 1975 |
515. | Cəfərov Samir Tacir oğlu | 1987 |
516. | Cəfərov Soltan Boran oğlu | 1961 |
517. | Cəfərov Səfər İsgəndər oğlu | 1969 |
518. | Cəfərov Firəddin Lənkəran oğlu | 1971 |
519. | Cəfərov Fuad Fərman oğlu | 1966 |
520. | Cəfərova Bağdad Həsən qızı | 1910 |
521. | Cəfərova Rəfiqə İman qızı | 1937 |
522. | Cəfərova Xəzəngül Əli qızı | 1951 |
523. | Göyüşov Qurban Ramazan oğlu | 1974 |
524. | Göyüşov Tanrıverdi Ənvər oğlu | 1965 |
525. | Əbdülov Zahid Yelmar oğlu | 1973 |
526. | Əbdülov Yelmar İsgəndər oğlu | 1949 |
527. | Əbdülov Məzahir Yaqub oğlu | 1969 |
528. | Əbdülov Savalan Qaraş oğlu | 1937 |
529. | Əbdürrəhmanov Famil Sabir oğlu | 1967 |
530. | Əbilov Məzahir Yaqub oğlu | 1969 |
531. | Əzizov Mehman Qüdrət oğlu | 1959 |
532. | Əzizov Fikrət Abbas oğlu | 1965 |
533. | Əzizov Hüseyn Nəriman oğlu | 1956 |
534. | Əzizov Əzim Məşədi oğlu | 1911 |
535. | Əzizova Zərifə Ələkbər qızı | 1953 |
536. | Əzimov Akif Seydulla oğlu | 1961 |
537. | Əzimov Natiq Abbasqulu oğlu | 1986 |
538. | Əzimov Həsənbala Şahmar oğlu | 1935 |
539. | Əzimova Dilarə Seydulla qızı | 1956 |
540. | Əzimova Pərvanə Hüseyn qızı | 1947 |
541. | Əliyev Ayaz Elman oğlu | 1970 |
542. | Əliyev Arif Xanlar oğlu | 1970 |
543. | Əliyev Ağəli Naib oğlu | 1932 |
544. | Əliyev Bakir Şiraslan oğlu | 1973 |
545. | Əliyev Vasif Əliabbas oğlu | 1969 |
546. | Əliyev Vüqar Mirələm oğlu | 1973 |
547. | Əliyev Eldar Kəriş oğlu | 1963 |
548. | Əliyev Elçin Firdovsi oğlu | 1982 |
549. | Əliyev Elşən Səhlədar oğlu | 1973 |
550. | Əliyev Elgiz Firdovsi oğlu | 1984 |
551. | Əliyev Zəfər Düşgər oğlu | 1969 |
552. | Əliyev İlham Bahadur oğlu | 1966 |
553. | Əliyev İslam Əbdüləli oğlu | 1933 |
554. | Əliyev Kamil Hidayət oğlu | 1967 |
555. | Əliyev Mikayıl Atababa oğlu | 1957 |
556. | Əliyev Məmməd Heydər oğlu | 1970 |
557. | Əliyev Nadir Qaçay oğlu | 1967 |
558. | Əliyev Nasir Şahmar oğlu | 1971 |
559. | Əliyev Natiq Teymur oğlu | 1973 |
560. | Əliyev Rəhman Zakir oğlu | 1970 |
561. | Əliyev Sadiq İsa oğlu | 1967 |
562. | Əliyev Səbuhi Cahangir oğlu | 1978 |
563. | Əliyev Səlim Cahangir oğlu | 1985 |
564. | Əliyev Təvəkkül Baxış oğlu | 1955 |
565. | Əliyev Fikrət Abdulla oğlu | 1953 |
566. | Əliyev Firdovsi İsa oğlu | 1956 |
567. | Əliyev Ülfət İman oğlu | 1974 |
568. | Əliyev Habil Misir oğlu | 1975 |
569. | Əliyev Habil Əkbər oğlu | 1970 |
570. | Əliyev Hümbət Fərrux oğlu | 1957 |
571. | Əliyev Əbülfət Əli oğlu | 1963 |
572. | Əliyev Əyyub Sarı oğlu | 1928 |
573. | Əliyev Əli Hümbət oğlu | 1954 |
574. | Əliyev Ələkbər Əlehsan oğlu | 1930 |
575. | Əliyev Ənvər Zeynal oğlu | 1959 |
576. | Əliyeva Arzu | |
577. | Əliyeva Dilarə Oruc qızı | 1939 |
578. | Əliyeva Yeganə Məhərrəm qızı | 1960 |
579. | Əliyeva Svetlana Cavanşir qızı | 1957 |
580. | Əliyeva Sürəyya Bayram qızı | 1934 |
581. | Əliyeva Sürəyya Behbud qızı | 1933 |
582. | Əliyeva Səhər Çərkəz qızı | 1932 |
583. | Əliyeva Xavər Yusif qızı | 1928 |
584. | Əliyeva Çiçək Ələsgər qızı | 1931 |
585. | Əliyeva Heyran Mürşüd qızı | 1962 |
586. | Əliməmmədov Namiq Şahmalı oğlu | 1962 |
587. | Əliməmmədov Faiq Şahmalı oğlu | 1969 |
588. | Ələkbərov Səxavət Təvəkkül oğlu | 1981 |
589. | Ələkbərov Təvəkkül Ələkbər oğlu | 1956 |
590. | Ələkbərov Əsgər Qurban oğlu | 1930 |
591. | Ələkbərova Zeynəb Cümşüd qızı | 1923 |
592. | Ələsgərov Vahid Rəşid oğlu | 1962 |
593. | Ələsgərov Məzahir Məhərrəm oğlu | 1969 |
594. | Əmirova Yeganə Təvəkkül qızı | 1986 |
595. | Əmirova Raya Qabil qızı | 1959 |
596. | Əsgərov Eldar Nizami oğlu | 1986 |
597. | Əsgərov Nizami | 1960 |
598. | Əsgərov Xəzani Kərəm oğlu | 1962 |
599. | Əsədov Yalçın Asif oğlu | 1957 |
600. | Əhmədzadə Şahin Əyyub oğlu | 1957 |
601. | Əhmədov Vaqif İslam oğlu | 1957 |
602. | Əhmədov Eldar Nayıb oğlu | 1945 |
603. | Əhmədov İbrahim Səfər oğlu | 1958 |
604. | Əhmədov Yelmar Nayıb oğlu | 1963 |
605. | Əhmədov Natiq İlyas oğlu | 1968 |
606. | Əhmədov Natiq Kəriş oğlu | 1967 |
607. | Əhmədov Rəfil Nayıb oğlu | 1948 |
608. | Əhmədov Həsən Hümbət oğlu | 1948 |
609. | Əhmədova Durna Salman qızı | 1922 |
610. | Əhmədova Zibeydə Bədəl qızı | 1928 |
611. | Əhmədova Sərvinaz Muxtar qızı | 1900 |
612. | Əhmədova Sürəyya Cavad qızı |
Xocalı soyqırımı zamanı hər iki valideyni şəhid olmuş uşaqların
siyahısı
S/s | Soyadı, adı, atasının adı | Təvəllüdü |
1. | Xəlilova Həmayıl Tahir qızı | 1987 |
2. | Xəlilova Xəyalə Tahir qızı | 1992 |
3. | Qəhrəmanova Nigar Təvəkkül qızı | 1987 |
4. | Qəhrəmanova Xəzangül Təvəkkül qızı | 1984 |
5. | Qəhrəmanov Vüsal Təvəkkül oğlu | 1991 |
6. | Əliyev Mehdi Firdovsi oğlu | 1990 |
7. | Hüseynova Əfsanə Tofiq qızı | 1981 |
8. | Hüseynova Yasəmən Tofiq qızı | 1980 |
9. | Hüseynov Murad Tofiq oğlu | 1983 |
10. | Orucova Xatirə Telman qızı | 1983 |
11. | Orucova Kübra Telman qızı | 1989 |
12. | Orucov Anar Telman oğlu | 1990 |
13. | Məhərrəmova Vəsilə Vaqif qızı | 1982 |
14. | Məhərrəmova Səbinə Vaqif qızı | 1984 |
15. | Məhərrəmova Vüsalə Vaqif qızı | 1985 |
16. | Məhərrəmov Natiq Vaqif oğlu | 1980 |
17. | Məhərrəmov Namiq Vaqif oğlu | 1986 |
18. | İbrahimov Sabir Əlixan oğlu | 1981 |
19. | İbrahimov Samir Əlixan oğlu | 1984 |
20. | Əzimov Şahin Həsənbala oğlu | 1974 |
21. | Əzimov Tofiq Həsənbala oğlu | 1977 |
22. | Əzimova Sevil Həsənbala qızı | 1979 |
23. | Kərimova Gülnar Ziyafəddin qızı | 1992 |
24. | Hüseynov Yaşar Hüseyn oğlu | 1978 |
25. | Hüseynov Ədalət Hüseyn oğlu | 1983 |
Xocalı soyqrımı zamanı şəhid olmuş uşaqların adlı siyahısı.
S/s | Soyadı, adı, atasının adı | Təvəllüdü |
1. | Çobanova Nəzakət Tapdıq | 1984 |
2. | Əzimov Natiq Abbasqulu | 1986 |
3. | Ələkbərov Səxavət Təvəkkül | 1981 |
4. | Əmirova Yeganə Təvəkkül | 1986 |
5. | Əsgərov Eldar Nizami | 1986 |
6. | Həsənov Elgün Nazim | 1988 |
7. | Həsənova Aygün Nazim | 1991 |
8. | Hümbətova Anahit Eldar | 1979 |
9. | Hüseynova Nəsibə Hüseyn | 1982 |
10. | Hüseynova Maral Kamil | 1985 |
11. | Həsənova Xəyalə Eldar | 1987 |
12. | Həsənova Tacir Eldar | 1990 |
13. | Xəlilov Arzu Xəlil | 1977 |
14. | Xəlilov Araz Xəlil | 1984 |
15. | Xəlilova Lalə Tahir | 1988 |
16. | Quliyeva Sevinc Əkbər | 1985 |
17. | Quliyev Samir Taleh | 1990 |
18. | Qasımova Nərminə Nizami | 1986 |
19. | Mehdiyeva Aysel Murad | 1987 |
20. | Muradova Ayşən Zöhrab | 1991 |
21. | Məmmədov Sadiq Allahverdi | 1986 |
22. | Nişanə Xocalı Murad | 1990 |
23. | Orucova Natavan Nəbi | 1989 |
24. | Orucova Xəyalə Telman | 1986 |
25. | Səfiyev Sərvan Elxan | 1991 |
26. | Şirinov Elşənin 6 aylıq oğlu | 1991 |
27. | Yusufova Natavan Pənah | 1988 |
28. | Zeynalova Aynurə Tofiq | 1986 |
29. | Kupriyev Səyid Roman | 1986 |
30. | Novruzova Ülviyyə Rəhbər | 1977 |
31. | Abbasov Eyvaz Kamran | 1983 |
32. | Qarayev Saleh Asif | 1982 |
33. | Allahverdiyev Vidadi Müsül | 1977 |
34. | Novruzova Rübabə Novruz | 1977 |
35. | Abdullayeva Maya Sərhad | 1986 |
36. | Rüstəmov Eldar Əmir | 1988 |
37 | Aslanova Elnarə Tofiq | 1978 |
38. | Əliyev Elçin Firdovsi | 1982 |
39. | Əliyev Elgiz Firdovsi | 1984 |
40. | Quliyeva Rəvanə Qaryağdı | 1979 |
41. | Quliyeva Nuranə Qaryağdı | 1983 |
42. | Quliyev Şükür Qaryağdı | 1985 |
43. | Ağayarov Nəbi İsak | 1981 |
44. | Ağayarova Sevinc İsak | 1985 |
45. | Ağayarov Roman İsak | 1986 |
46. | Mehdiyeva Gülmira Murad | 1989 |
47. | Qəmbərova Esmira Səfər | 1985 |
48. | Qəmbərov Emin Səfər | 1986 |
49. | Hüseynov Rəcəb Elxan | 1984 |
50. | Hüseynova Şəbnəm Elxan | 1986 |
51. | Hüseynov Məshər Elxan | 1991 |
52. | Orucov Fazil Ənvər | 1981 |
53. | Abışova Çinarə Nazim | 1982 |
54. | Abışov Çingiz Nazim | 1985 |
55. | Ağayev Allahverdi Səttar | 1982 |
56. | Məmmədov Niyaməddin Vaqif | 1978 |
57. | Əliyev Səbuhi Cahangir | 1978 |
58. | Əliyev Səlim Cahangir | 1985 |
59. | Cəfərov Samir Tacir | 1987 |
60. | Vəliyev Ağaasəf Zakir | 1986 |
61. | Vəliyeva Güldanə Zakir | 1989 |
62. | Abdullayev Sərvan Şahmar | 1979 |
63. | İsmayılova Nərgiz Hüseyn | 1978 |
Xocalı soyqırımı zamanı tamamilə məhv olmuş ailələr.
S/S | Adı, soyadı və atasının adı | Doğum tarixi |
1 |
Məmmədov Vaqif Şükür oğlu Məmmədova Afilə İbrahim qızı Məmmədov Azər Vaqif oğlu Məmmədov Ceyhun Vaqif oğlu Məmmədov Niyaməddin Vaqif oğlu |
1940 1949 1970 1975 1978 |
2 |
Kərimov Samran Soltan oğlu Kərimova Firəngül Kərimov Firuz Samran oğlu Kərimov Soltan Samran oğlu |
1924 1935 1960 1969 |
3 |
Əliyev Firdofsi İsa oğlu Əliyeva Heyran Mürşüd qızı Əliyev Elçin Firdofsi oğlu Əliyev Elgiz Firdofsi oğlu |
1956 1962 1982 1984 |
4 |
Qənbərov Qarsalan Gəray oğlu Qənbərova Validə Boran qızı Qənbərov Nadir Qarsalan oğlu |
1939 1941 1971 |
5 |
Qənbərov Səfər Qarsalan oğlu Qənbərova Mətanət Hacı qızı Qənbərov Emin Səfər oğlu Qənbərova Esmira Səfər qızı |
1961 1967 1986 1985 |
6 |
Hüseynov Mirsiyab Həzrətqulu oğlu Hüseynova Minəş Cümşüd qızı |
1922 1934 |
7 |
Həsənova Günəş Əbdül qızı Həsənova Qətibə Mirsiyab qızı |
1910 1951 |
8 |
Hüseynov Hüseyn İsmayıl oğlu Hüseynova Əziz Alış qızı Hüseynova Xoşbəxt Hüseyn qızı Hüseynov Tacir Hüseyn oğlu Hüseynova Nəsibə Hüseyn qızı |
1934 1956 1963 1972 1982 |