İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
ŞAHMAR ŞAHHÜSEYN OĞLU USUBOV
Usubov Şahmar Şahhüseyn oğlu 1953-cü il avqust ayının 4-də DQMV-nin Xocalı kəndində anadan olmuşdur. 1960-cı ildə Xocalı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-1971-ci illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləmişdir. 1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olmuşdur. 1972-1974-cü illərdə Buryatiya MSSR-də hərbi xidmətdə olmuşdur. 1974-1979-cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maddi–Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. 1974-1975-ci illərdə Xocalı 2 №-li sovxozda fəhlə işləmişdir. 1975-1979-cu illərdə Şuşa şəhər 1 №-li təcridxanada böyük mühasib işləmişdir. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləmişdir. 1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 1998-1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləmişdir. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləmişdir. 12.05.2000-ci ildən 16.12.2000-ci ilədək «Seyhun» şirkətində icraçı direktor işləmişdir. 2000-ci ilin dekabr ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir. 06.08.2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam vermişdir.