Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai şuranın üzvləri

Quliyev Qalib Bəyməmməd oğlu – İctimai Şuranın sədri

     Quliyev Qalib Bəyməmməd oğlu 1986-cı il may ayının 6-da Xocalı rayon Kosalar kəndində anadan olub.
Orta təhsilini 1993-2004-cü illərdə Xocalı rayon Kosalar kənd tam orta məktəbində alıb. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi üzrə ixtisasartırma kursundan keçib. Hal-hazırda Azərbaycan Texnologiya Universitetinin Kommersiya ixtisası üzrə qiyabi təhsil alır.
     2012-ci ildən Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir. 2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışır.
     2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
     2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
     2021-ci ildə “Bu da mənim ürəyim” adlı şeirlər kitabı işıq üzü görmüşdür.
     Ailəlidir, üç övladı var.
 
 

İctimai Şuranın sədr müavini - Novruzova Ayna Allahyar qızı

     Novruzova Ayna Allahyar qızı  1976-cı il yanvar ayının 20-də Xocalı şəhərində anadan olub. 1982-ci ildə 6 yaşında Xocalı şəhər 2 nömrəli orta məktəbə gedib. Məlum Xocalı Soyqırımı ilə əlaqədar olaraq 11-ci sinfi 1992-ci ildə Oğuz rayonunda bitirmişdir. İxtisasca mühasibdir. 2007-ci ildəən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Qadınlar şurasının sədri və "Ana Harayı" qəzetinin müxbiridir. Bir çox tədbirlərin təşkilatçısı kimi xarici dövlətlərdə Qarabağ həqiqətlərinin tanıdılmasında yaxından iştirak edir.
 
 

İctimai Şuranın katibi - Əhmədova Ülviyyə Adil qızı

     Əhmədova Ülviyyə Adil qızı 27.07.1988-ci ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildə ailə üzvləri ilə birlikdə Ağdamdan məcburi köçkün düşüb, Mingəçevir şəhərində məskunlaşıb. 1995-ci ildə ibtidai sinfə gedib, 2006-cı ildə orta məktəbi bitirib. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə ali təhsil alıb. Hal-hazırda Xocalı şəhər 4 saylı tam orta məktəbində Azerbaycan dili və ədəbiyyat fənlərini tədris edir. İctimai fəal gəncdir. 3 azyaşlı övladı var.

 

İctimai Şuranın üzvü – Bağırov Vasif Vidadi oğlu

     Bağırov Vasif Vidadi oğlu 9 avqust 1987-ci ildə Xocalı rayon Kosalar kəndində anadan olub. Xocalı  rayon Kosalar kənd tam orta məktəbin bitirib. 2007-2008-ci illərdə təhsilin qiyabi formasından istifadə edərək hərbi xidmətə gedib. 26 iyun 2008-ci ildə “Silahlı Qüvvələrin Yaradılmasının 90 illik yubiley medalı” ilə təltif edilib. 2010-cu ildə Azərbaycan İcma İnkişafı Araşdırmalar Təlim Resurs Mərkəzində İngilis dili, Kompüter və Mühasibatlıq üzrə keçirilən təlimlərdə iştirak edərək sertifikatlarla təltif edilib. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirib.
     01 aprel 2013-cu il tarixdə Xocalı rayon Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Baş mühasib vəzifəsinə təyin edilib. 2-ci dərəcəli dövlət qulluqçusudur. Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gəncə şəhər Yeni qəsəbə-2 üzrə ərazi partiya təşkilat sədrinin müavinidir. Müxtəlif Qeyri-Hökumət təşkilatları tərəfindən dəfələrlə ictimai fəaliyyətinə görə təltif edilib. İctimai fəal gəncdir.
     Ailəlidir. İki övladı var.
 
 

İctimai Şuranın üzvü - Bəşirov Şükür İfrat oğlu

     Bəşirov Şükür İfrat oğlu 1954-cü ildə Laçın rayonunda anadan olmuşdur. 1976-cı ildə ailəsi ilə birgə Xocalı şəhərinə köçmüşdür. 1979-cü ildə Dağlıq Qarabağın Martuni (hazırda Xocavənd) rayonunda süd zavodunda sex rəisi vəzifəsində işləyib. Dağlıq Qarabağ hadisəsinə qədər orada işləyib, hadisələrdən sonra 1988-ci ildə Xocalıya qayıtmışdır. Xocalıda Dağlıq Qarabağın icması nəzdində açılan mağazaların birində 1995-ci ilə qədər müdir vəzifəsində çalışıb. Hazırda Xocalı MKS-də təsərrüfat işləri üzrə müdir vəzifəsində işləyir. İki övlad atasıdır.
     Xocalı faciəsindən sonra mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında böyük mitinq təşkil olunan zaman Bəşirov Şükür ailə üzvləri ilə birgə həmin mitinqdə iştirak edib. Mitinqdə çıxış edən Şükür müəllim qətiyyətlə "Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq" şüarlarını səsləndirib. Şükür müəllim bu sözləri Azərbaycanda hərcmərcliyin baş alıb getdiyini, səriştəsiz rəhbərlərin ucbatından dövlətin məhv olmaq üzrə olduğunu görərək söyləmişdir. Həmin dövrdə qara qüvvələr Heydər Əliyevin hakimiyyətə qayıtmasına razılıq vermədilər və nəticədə 20% torpaqlarımız işğal olundu. Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı Azərbaycanın torpaqları işğal olunmazdı.
     Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Bəşirov Şükürün çıxışlarına baxmış və onunla yaxından tanış olmaq marağında olmuşdur. Səmimi söhbətlər əsasında 1 saat 40 dəqiqə çəkmiş görüşdə Şükür müəllimin mövcud şəraitdə cəsarətli çıxışını yüksək dəyərləndirən Heydər Əliyev onu Azərbaycan xalqının əsl qəhrəmanı adlandırmışdır.
      Şükür Bəşirov ümumrayon tədbirlərində və İctimai Şuranın tədbirlərində fəal iştirak edir.
 
 

İctimai Şuranın üzvü -  Əliyeva Şahnaz Nizami qızı

     Əliyeva Şahnaz Nizami qızı 31 mart 1983 cü ildə Xocalı rayon Kosalar kəndində anadan olub. 1990-cı il Xocalı rayon Kosalar kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2001-ci ildə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin XI sinfini bitirib. 2002-ci il GDU-nun Biologiya-kimya fakültəsinin Biologiya ixtisasına daxil olub. 2006-cı ildə həmin fakültəni bitirib. 2006-cı ilin sentyabr ayından Xocalı şəhər 4 saylı tam orta məktəbdə Biologiya müəllimi işləyir. 2016-cı ildə Xocalı şəhər 4 saylı tam orta məktəbinə Təşkilatçı direktor müavini təyin edilib. 2002-ci ildən YAP-ın üzvüdür.
     Ailəlidir, 2 övladı var.
 
 

İctimai Şuranın üzvü - Ramazanova Nəcibə Şahlar qızı

     Ramazanova Nəcibə Şahlar qızı 26 aprel 1971-ci ildə Xankəndi şəhərində anadan olub. 1978-ci ildə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı məktəbin 1-ci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbi bitirib. Orta təhsillidir. Hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə tibb qeydiyyatçısı vəzifəsində çalışır. 44 günlük Vətən müharibəsində könüllü iştirakçı olub.
 
 

İctimai Şuranın üzvü - Hümbətov Əli Məhyəddin oğlu

     Vətən Müharibəsində mərdliklə, şücaətlə döyüşən igidlərimizin sayəsində qələbə qazandıq. Xalq kimi həmrəy olduğumuz haqq savaşında torpaqlarımızın azadlığı uğrunda hər bir vətəndaş öz borcunu layiqincə yerinə yetirməyə çalışdı. Döyüşlərdə yaralanan əsgərlər ağrılarına əhəmiyyət vermədən irəli atıldılar. Yaralı əsgərlərimiz sağalan kimi döyüş meydanına qayıtmağı düşündü. Belə mərd oğullardan biri də ağır qəlpə yarası almış Əli Hümbətovdur.
     Hümbətov Əli Məhyəddin oğlu 1980-ci il dekabrın 17-si Ağdam şəhərində anadan olub.
    Əli evin tək oğlu olmasına baxmayaraq, 2000-ci ildə yanvarında könüllü əsgərliyə gedib. Əsgərlik xidmətini Murovda çəkib. 2001 iyulunda hərbi xidməti bitirib. 2005-ci ildən 2014-cü ilə qədər Daxili İşlər Nazirliyinin lisensiyası ilə mühafizədə işləyib. 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmətə yazılıb. Əli Hümbətov 2016-cı ildə Aprel döyüşlərində Gülüstan istiqamətində gedən döyüşlərdə iştirak edib. Gülüstan, Talış və Suqovuşan istiqamətində döyüşlərdə igidliklə iştirak edib. Oktyabrın 13-ü döyüş mövqelərinə təminat aparıb geri qayıdarkən düşmənin atdığı minatan mərmisi onun olduğu avtomobilin qarşısına düşüb. Əli bədəninin sol tərəfindən ağır qəlpə yaraları alıb. Avtomobildən çıxıb 10 metr kənarlaşdıqdan sonra huşunu itirib. Döyüş yoldaşları Əlini atəş altından çıxardıqdan sonra hospitala çatdırıblar. Çoxlu qan itirən döyüşçümüz hospitalda 5 gün komada qalıb. Qəlpələr sol çiynindən 2 arteriya damarını kəsib, körpüçük, kürək sümüyünü qırıb. Ümumilikdə 20-yə qədər qəlpə yarası alıb. Əli komadan ayılanda həkimlər onu ölümdən qaytardığı xəstə kimi seviniblər. Aldığı zərbədən yaddaşında zəiflik yaranıb.
     Əli Hümbətov ailəlidir. 2 oğlu, 1 qızı var.
     Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən,      Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə kiçik çavuş “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
 
 

İctimai Şuranın üzvü - Əliyev Firudin İsa oğlu

     Əliyev Firudin İsa oğlu 1958-ci yanvarın 6-da Xocalıda anadan olub. Xocalıda böyüyüb boya-başa çatan Firudin hərbi xidmətini 1976-cı ildə Belarusda çəkib. Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb. Axırıncı iş yerləri Xankəndində və Xocalıda avtobazada elektrik-qaz qaynaqçısı olub. 1988-ci ildən cərəyan edən ermənilərin seperatçı əməlləri, “miyatsin” çağırışları get-gedə artdığı zamanda Firudin Əliyev bir vətəndaş kimi düşmənlərlə mübarizəyə başlayıb. O, 1988-ci ilin sentyabrın 18-də ermənilər Xocalıya kütləvi hücum edən zaman mərd Xocalı camaatı ilə birlikdə düşmənin qarşısına çıxıb. 
     Xocalı Özünümüdafiə Batalyonunun üzvü olan Firudin Əliyev doğma Xocalını düşməndən qorumaq üçün silaha sarılıb. O, 16 noyabr 1991-ci ildə “Bozdağ” əməliyyatında iştirak edib. Döyüş zamanı sol qılçasından güllə yarası alıb. 1992-ci il fevralın 19-da axşam saat 5-ə 5 dəqiqə qalmış Firudin Əliyev döyüş əməliyyatında yenidən yaralanıb. Sağ döş nahiyəsindən girən güllə onun sağ qabırğasını dəlib çıxmışdır.
        I Qarabağ müharibəsi qazisi Firudin Əliyev Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordenli ilə təltif edilmişdir.
        Firudin Əliyev hal-hazırda “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə elektrik işləyir. Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmişdir. İctimai işlərdə, ümumrayon tədbirlərində fəal iştirak edir.
 
 

Həsənov Aydın Əyyub oğlu - İctimai Şura üzvü

      Həsənov Aydın Əyyub oğlu 25 aprel 1968-ci ildə Laçın rayonunun Qorçu kəndində anadan olmuşdur. 1975-1983-cü illərdə Laçın rayonu Qorçu kənd orta məktəbində təhsil almışdır. 1983-1986-cı illərdə Xankəndi şəhər növbəli axşam məktəbində orta təhsili başa vurmuşdur.
     1986-cı ilin yanvar-mart aylarında Xankəndi sürücülük məktəbində hərbi göndərişlə sürücülük kursunu bitirmişdir. 1984-1986-cı illərdə Xankəndi şəhər ayaqqabı fabrikində işləmişdir. 1986-1990-cı illərdə hərbi xidmətdə olmuş və hərbi təhsil almışdır. 1990-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-də təhsil alaraq oranı bitirmişdir.
1990-92-ci illərdə Xankəndi şəhər 6 nömrəli Kərkicahan orta məktəbində hərbi rəhbər vəzifəsində çalışmışdır. 1992-ci ilin sentyabrından 1997-ci ilin oktyabrına qədər Xocalı şəhər 1 saylı tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir.
     1995-cu ildən YAP üzvüdür. 1990-1991-ci illərdə Kərkicahan özünümüdafiə bölüyünün tərkibində döyüşmüşdür, müharibə veteranıdır.
     1997-ci ilin oktyabrından hal-hazıradək həmin məktəbdə Tədris İşləri Üzrə Direktor Müavini vəzifəsində işləyir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var.
 
 

Nağıyev Məmməd Ağalar oğlu-İctimai Şuranın üzvü

     Nağıyev Məmməd Ağalar oğlu 01 yanvar 1953 – cü ildə Xocalıda anadan olmuşdur. 1960 – сı ildə Xocalı kənd orta məktəbinin 1 sinfinə getmiş, 1970 - ci ildə həmin məktəbi bitirmişdir. 1978 - ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun “Müalicə - profilaktika” fakültəsini bitirmişdir. 1978 — 1979 -cu ildə bir illik internatura kursu keçib, 01.08.1979 – cu il tarixdən təyinatla Xankəndi şəhərinə göndərilmişdir və 01 yanvar 1989 — cu il tarixədək orada həkim kımi fəaliyyət göstərmişdir.
     01 yanvar 1989 – cu il tarixdən isə dörd bir tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmuş Cəmilli kəndində həkimlik fəaliyyətini davam etdirmişdir (Cəmilli kənd həkim ambulatoriyasının baş həkimi vəzifəsində).
     15 dekabr 1991 — ci il tarixdə Cəmilli kəndi işğal olunduqdan sonra isə Xocalıya qayıtmış, 15 noyabr 1991 - ci il tarixdən — Xocalı Yerli Özünümüdafiə batalyonu təşkil olunan gündən könüllü olaraq batalyonun tibb xidməti rəisi kimi fəaliyyətə başlamışdır.
     1992 - ci ilin may ayından Xocalı taborunun yenidən bərpa olunmasında iştirak etmiş və 25 dekabr 1995 – ci il tarixədək Azərbaycan Milli Ordusunun sıralarda ön cəbhədə hərbi həkim kimi xidmət etmişdir.
    1996-cı il aprel ayından 2003-cü ilin yanvar ayınadək Xocalı rayon Mərkəzi Poliklinikasının baş həkimi, 2003-cü il yanvar ayının 8-dən, 2018-ci 4 yanvar ayının 8-dək Xocalı RMX-nın baş həkimi vəzifəsində işləmiş, yaşıyla əlaqədar olaraq təqaüdə çıxmışdır.
     1992 - ci ildə “Əlif” qəhrəmanlıq mükafatına layiq görülmüşdür.
     30.03.1992 - ci il tarixdə Respublika prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar Həkimi” fəxri adına layiq görülmüşdür.
     20.06.1994 -cü il tarixdə Ulu öndər H.Ə.Əliyevin Pərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
     1999-cu ildən YAP Xocalı rayon təşkilatının idarə heyətinin üzvüdür.
 
 

Nəsirov Kamran Kamal oğlu-İctimai Şuranın üzvü

     Nəsirov Kamran Kamal oğlu 24 sentyabr 1952-ci ildə Xankəndi şəhərində anadan olub. Orta təhsillidir. 1959-cu ildə Xankəndi şəhər 4 №-li tam orta məktəbin I sinfinə qəbul olub, 1969-cu ildə həmin məktəbin X sinfini bitirib. 1971-ci ildən 1973-cü ilədək Rusiyanın Vladivostok vilayətində həqiqi hərbi xidmət keçib. 1991-ci ildə Xocalı özünümüdafiə batalyonunda könüllü olaraq iştirak edib, 1993-cü ildə Ağdamda yaradılmış  Xocalı  batalyonunda xidmət etmişdir.
Övladı Nəsirov Xəqani Kamran oğlu II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.
     II qrup təqaüdçüdür.
     Ailəlidir, hazırda 3 övladı, 8 nəvəsi var.
     Nəsirov Ramiz Kamal oglu- İctimai Şuranın üzvü
     Nəsirov Ramiz Kamal oğlu. 1953-cü il 07 dekabrda Xankəndi şəhərində anadan olub. 15 yaşından Rusiya federasiyasnda yaşayib.
   1991-ci ildə Xocalı özünümüdafiə batalyonunda könüllü olaraq kəşfiyyat komandiri -baş leytenant vəzifəsində xidmət aparıb. Xocalıda gedən döyüşlərdə göstərdiyi fəal xidmətlərə görə  Ümummilli Lider Heydər Əliyev “İgidliye görə ordeni” ilə təltif olunmuşdur.
      Həyat yoldaşı Nəsirova Tatyana Dmitriovna faciə zamani Xocalıda itkin düşmüşdür. İtkin anadan  1 qızı və son evliliyindən 2 oğlu var.
 
 
Səlimova Xumar Bahadur qızı-İctimai Şuranın üzvü

     Səlimova Xumar Bahadur qızı 24.03.1972-ci ildə Xocalı rayonunda anadan olub.  1988 ci illərdə Xocalı rayonunda orta məktəbi bitirib. 1990-cı ildə H.Z.Taqıyev adına Bakı Maliyyə kredit texnikumunun Xocalı filialına qəbul olub.1992ci ildə həmin məktəbi Ağdam rayon Paşabəyli kəndində fərqlənmə diplomu ilə bitirib. 01.03.1998-ci ildən Xocalı rayon 1  nömrəli uşaq baxçası və körpələr evinin  Baxça müdiri vəzifəsinə təyin olunub və 2009-cu ildən işdən ayrılıb və baxça mülliməsi təyin olunub və hal-hazırda bağçada tərbiyəçi işləyir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər