İCTİMAİ ŞURA
Sərəncamlar
AZƏRBAYCAN RESPUBLİKASI
XOCALI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№60 «03» noyabr 2020-ci il
Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə
Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
- Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
- Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri
Lamiyyə Qarayeva - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Ramilə Xudayarova - Xocalı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri
Səxavət Hüseynov - Xocalı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri
Tacir Əzizov - Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndəsi
Fiqurə Rüstəmova - Xocalı rayonu Milli Qəhrəman və Şəhid ailələri İctimai Birliyinin sədri
Şamil Sabiroğlu - “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
Yaşar Əliməmmədov - Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon
Komitəsinin sədri
Tovuz Nadirova – Qızıl-Aypara Cəmiyyətinin Xocalı rayon Komitəsinin sədri
Mehriban Əliyeva – Şəhid ailələri Cəmiyyətinin sədri
- Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 15 nəfər müəyyən edilsin.
- Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.xocali-ih.gov.az), “Xocalı” qəzetində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
- Komissiyaya tapşırılsın ki, Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
- Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramilə Xudayarovaya tapşırılsın ki, sərəncamın aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
- Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Xocalı rayon İcra Hakimiyyətinin
başçısı: Şahmar Usubov