Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır. Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub. Rayonun mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan edilib. Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

 


ABİDƏLƏR

Xocalının tarixi-mədəni abidələri

Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)

Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)

Xaçıncay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)

Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)

Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)

Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

Türbə – XlV əsr (Xocalı şəhəri)

Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)

Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)

Alban məbədi - 905-ci il (Şuşa kəndi)

Alban məbədi - 1122-ci il (Xansıx kəndi)

Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)

Alban məbədi - 1202-ci il (Armudlu kəndi)

Qala – X əsr (Maşxmaat kəndi)

Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

Məbəd kompleksi - VII əsr ( Badara kəndi)

Qala - IX əsr ( Daşbaşı kəndi)

Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)

Aslan qalası – IX əsr (Anabert kəndi)

Mədəb – XIII əsr (Xanabad kəndi)
 

 

 

XOCALI  RAYONU Mərkəzi  XOCALI  şəhəri

İnzibati ərazi dairələri və ərazi vahidləri
  1. Xocalı şəhər iəd
      X o c a l ı   ş.
  2. Almalı kənd iəd
      A l m a l ı   k.
    Qarakötük k.
  3. Ballıca kənd iəd
      B a l l ı c a   k.
    Xanyurdu k.
    Mehdibəyli k.
  4. Cəmilli kənd iəd
      C ə m i l l i   k.
  5. Çanaqçı kənd iəd
      Ç a n a q ç ı   k.
    Sığnaq k.
  6. Dağyurd kənd iəd
      D a ğ y u r d   k.
  7. Daşbulaq kənd iəd
      D a ş b u l a q   k.
    Badara k.
    Xanyeri k.
    Qayabaşı k.
    Suncinka k.
  8. Əsgəran qəsəbə iəd
      Ə s g ə r a n   q.
  9. Harov kənd iəd
      H a r o v   k.
    Dağdağan k.
10. Xanabad kənd iəd
      X a n a b a d   k.
    Ağgədik k.
    Aşağı Qılıçbağ k.
11. Kosalar kənd iəd
      K o s a l a r   k.
    Başkənd k.
    Canhəsən k.
    Cavadlar k.
    Yalobakənd k. 12. Qarabulaq kənd iəd
      Q a r a b u l a q   k.
    Dəmirçilər k.
    Quşçubaba k.
    Mədətkənd k.
13. Qızıloba kənd iəd
      Q ı z ı l o b a   k.
    Aşağı Yemişcan k.
    Xaçmaç k.
    Yuxarı Yemişcan k.
14. Meşəli kənd iəd
      M e ş ə l i   k.
15. Naxçıvanlı kənd iəd
      N a x ç ı v a n l ı   k.
    Ağbulaq k.
    Aranzəmin k.
    Dəhrəz k.
    Pircamal k.
16. Pirlər kənd iəd
      P i r l ə r   k.
    Daşbaşı k.
    Fərrux k.
17. Seyidbəyli kənd iəd
      S e y i d b ə y l i   k.
    Ulubaba k.
18. Şuşikənd kənd iəd
      Ş u ş i k ə n d   k.
    Daşkənd k.
    Muxtar k.
19. Təzəbinə kənd iəd
      T ə z ə b i n ə   k.
    Qışlaq k.
    Sərdarkənd k.
    Şəlvə k.
 

Keçidlər