Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

 Rayon Təhsil Şöbəsində görülən işlər haqqında məlumat
 

2015 - 2016-cı tədris ilində Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 UYM, 3 Körpələr evi və uşaq bağçası Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 5 bölgədə (Bakı ş, Gəncə ş, Şəki ş, Goranboy rayonu, Oğuz rayonu) fəaliyyət göstərmişdir. 9 tam orta məktəb, 2 Körpələr evi və uşaq bağçası “Qaçqın və məcburi köçkülərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramı çərçivəsində tikilmiş müasir tipli yeni binalarda fəaliyyət göstərir. Digər təhsil müəssisələri isə yerli məktəb binalarında və ya uyğunlaşdırılmış tikililərdə fəaliyyət göstərir. 2015-2016-cı tədris ilində ümumtəhsil müəssisələrində 1392 nəfər şagirdin təhsili ilə 291 nəfər müəllim, Xocalı şəhər 1 saylı,2 saylı Körpələr evi, uşaq bağçası və Meşəli kənd uşaq bağçasında 125 uşağın təlim-tərbiyəsi ilə 16 nəfər tərbiyəçi məşğul olmuşdur. Goranboy rayonu ərazisində 4 tam orta məktəbdə təhsil alan şagirdlərdən 150 nəfəri dərsdən sonra  UYM-dəki dərnəklərə cəlb  olunmuşdur.  2015-2016-cı dərs ilində Xocalı şəhər 1 saylı, 4 saylı, Kosalar, Meşəli kənd, Yaloba kənd tam orta məktəblərin ibtidai  siniflərində pilot olaraq şahmat fənni tədris olunur. Şahmat fənnini tədris edən müəllimlər təlim kursundan keçmişlər. Həmin məktəblərə Təhsil Nazirliyi tərəfindən şahmat avadanlıqları verilmişdir.
20 yanvar faciəsinin 26-cı ildönümü, Xocalı faciəsinin 24-cü  ildönümü münasibəti ilə məktəblilər arasında inşa, rəsm müsabiqələri, dəyirmi masalar, toplantılar təşkil olunmuş, bu faciələrə həsr olunmuş xüsusi dərslər keçirilmiş, məktəblilərin şəhid ailələri ilə görüşləri təşkil olunmuşdur. Məktəblilər məskunlaşdıqları bölgələrdə şəhidlər xiyabanını, soyqırım muzeyini ziyarət etmişlər.
Ümummilli Lider   Heydər Əliyevin anadan olmasının 92 illik yubleyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında  inşa yazı müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsinin respublika mərhələsində iştirak edən Xocalı şəhər  4 saylı tam orta məktəbinin   VIII   sinif şagirdi İbişova Şəbnəm Ceyhun qızı  II  yerə layiq  görülmüşdür.
2015-ci ilin may ayından Xocalı  rayon Gənclər  və İdman  idarəsi  ilə birlikdə Ulu Öndər Heydər Əliyevin ad günü münasibətilə futbol  yarışı və şən startlar  idman yarışı keçirilmişdir.  İl ərzində rayonun ümumtəhsil məktəblərinin XI sinif  şagirdləri 2 dəfə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan  xüsusi  dərslərdə  iştirak etmişlər.  Bu, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna rol oynamışdır.
Təhsil  Nazirliyinin və Həmkarlar  İttifaqları  Konfederasiyasının birgə tədbirlər planına uyğun olaraq  Ulu Öndərin yubleyi münasibətilə müəllimlər  arasında şahmat yarışı keçirilmiş, rayon mərhələsinin bir nəfər qalibi respublika  turunda  iştirak etmişdir.2014-2015-ci tədris ilinin sonunda  IX siniflər   üzrə  imtahan verən 112 nəfər şagird, XI siniflər  üzrə  imtahan verən 119 nəfər  imtahanlardan müvəffəq qiymət almışlar.  XI sinif məzunlarından 87 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişlər. Onlardan 42  nəfəri ali məktəbə, 7 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşlar.  Onlardan 5 nəfəri ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Təhsil Nazirliyi və Fövqəladə Halla Nazirliyinin birgə tədbirlər  planına uyğun olaraq  Xocalı şəhər  4 saylı tam orta məktəbin komandası  "Gənc  xilasedici və yanğınsöndürən"  yarışının zona mərhələsində fəal iştirak etmişdir. Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəblərindən seçilmiş komanda “Şahin” hərbi – idman oyunlarının zona mərhələsində, Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Cəsurlar” yarışının zona mərhələsində iştirak etmişlər.
 

 


RAYON ÜZRƏ 600-dən ÇOX BAL TOPLAYAN MƏZUNLARIN SİYAHISI
RAYON ÜZRƏ 600-DƏN ÇOX BAL TOPLAYAN MƏZUNLARIN SİYAHISI
S/s Soyad, adı,atasının adı Təhsil aldığı məktəb Topladığı bal
Daxil olduğu ali məkəb

1 Süleymanova Şahnaz Fizuli Xocalı rayon Yaloba kənd tam orta məktəbi 635 Azərbaycan Tibb Universiteti
2 Hacıyev Anar Həsən Xocalı şəhər 3 saylı tam orta məktəb 631 Polis Akademiyası
3 Lətifli Röyal Şahid Xocalı şəhər 4 saylı tam orta məktəbi 609 Azərbaycan Diplomatik Akademiyası
4 Rəsulova Lamiyyə Famil Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbi 608 Bakı Dövlət Universiteti
5 İsmayıllı Elvin İsgəndər Xocalı şəhər 3 saylı tam orta məktəbi 602 Milli Təhlükəsizlik Akademiyası
 

RAYON ÜZRƏ 600-dən ÇOX BAL TOPLAYAN MƏZUNLARIN SİYAHISI 

S/s

Soyad, adı,atasının adı

Təhsil aldığı məktəb

Topladığı bal

Daxil olduğu ali məkəb

 

1

Nərimanlı Təbriz Ahəddin

Xocalı rayon Kosalar kənd tam orta məktəbi

 

    615

Azərbaycan Dövlət Neft Akademiyası

2

Əsədli Şiraslan Eldar

Xocalı rayon 2 saylı tam orta məktəb

 

    685

Ankara şəhəri Bilkənd Universiteti

3

Şükürlü Zəfər Xanoğlan

Xocalı rayon Başkənd kənd tam orta məktəbi

 

    685

Qafqaz Universiteti

4

Süleymanova Sevil Fizuli

Xocalı rayon Yaloba kənd tam

orta məktəbi

 

    665

Azərbaycan Dillər Universiteti

 

 

 

RAYON ÜZRƏ SON 7  İLDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBULUN GÖSTƏRİCİLƏR

 

İİllər                                    2008          2009          2010          2011           2012        2013         2014         2015

Məzunların sayı                  96               64               70               48               76            76             101           119

Həmin il

məzunlardan

 sənəd verənlər                 54              45                32               30               63              58            77              87

Qəbul olunan                     11              14                13              13               23               26            34              42

600-dan çox bal

 toplayanlar                          2                  1                  2                -                  1                 -                -                 5

 

 

 

UŞAQ BAĞÇASI

Xocalı şəhər 1 saylı Körpələr evi və Uşaq bağçası 2009-cu ildən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müasir tipli binada fəaliyyət göstərir.
Bina 2 korpusdan ibarətdir.

Körpələr evi və Uşaq bağçasında 3 qrup var
3 qrupda 55 uşağa xidmət edilir.
I qrupda-1 yaşdan 3 yaşa qədər-15 uşaq
II qrupda -3 yaşdan 6 yaşa qədər-20 uşaq
III qrupda – 3 yaşdan 6 yaşa qədər-20 uşaq.

 

Bağçada 19 nəfər işçi çalışır.
Müdir-1 nəfər.
Tərbiyyəçi müəllim-6 nəfər.
Tibb işçisi-1 nəfər.
Sanitar dayə-1 nəfər. Xadimə dayə - 2 nəfər
Aşbaz-1 nəfər.
Təsərrüfat müdiri-1 nəfər.
Texniki işçi-5 nəfər.
Musiqi müəllimi – Vakant.

 

Xocalı şəhər 2 saylı Körpələr evi və Uşaq bağçası 2012-ci ildən Goranboy şəhərində müasir tipli binada fəaliyyət göstərir.
Bina 2 korpusdan ibarətdir.

 

Körpələr evi və Uşaq bağçasında 3 qrup var
3 qrupda 55 uşağa xidmət edilir.
I qrupda-1 yaşdan 3 yaşa qədər-15 uşaq
II qrupda -3 yaşdan 6 yaşa qədər-20 uşaq
III qrupda – 3 yaşdan 6 yaşa qədər-20 uşaq.

 

Bağçada 19 nəfər işçi çalışır.
Müdir-1 nəfər.
Tərbiyyəçi müəllim-6 nəfər.
Tibb işçisi-1 nəfər.
Sanitar dayə-1 nəfər. Xadimə dayə - 2 nəfər
Aşbaz-1 nəfər.
Təsərrüfat müdiri-1 nəfər.
Texniki işçi-5 nəfər.
Musiqi müəllimi – 1 nəfər.  

 

Xocalı rayon Meşəli kənd Uşaq bağçası Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ətrafında salınan Meşəli qəsəbəsində fəaliyyət göstərir.
Bağça uyğunlaşdırılmış binada 7 otaqdan ibarətdir.
Bağçada 1 qrupda 15 uşaq var.
Bağçada 6 nəfər işçi çalışır.
Müdir-1
Tərbiyyəçi müəllim-1
Sanitar dayə-1
Aşbaz-1
Paltar yuyan -1
Gözətçi-1  

 

Keçidlər